Əfsanəvi futbolçu milliyə qayıtdı
Fransalı məşqçi Tyeri Anri daha əvvəl də işlədiyi Belçika millisinə geri qayıdıb.
Sportline.az xəbər verir ki, bu barədə komandanın sosial şəbəkə hesablarında məlumat yayılıb. Paylaşımda Anrinin yığmanın Avro-2020 üçün texniki heyətində yer alacağı bildirilib: "Tyeri Anri, Avro-2020 üçün heyətə yenidən xoş gəldiniz".
Lakin mütəxəssisin Belçika millisində hansı vəzifəni yerinə yetirəcəyi haqda açıqlama verilməyib.
Qeyd edək ki, Anri 2016-18-ci illərdə bu komandada köməkçi məşqçi kimi işləyib.