"Əl-Hilal"dan "Barselona"ya təklif var
"Barselona" klubunun almaniyalı kiperi yayda klubdan ayrılmağa yaxındır.
Sportline.az "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, "Əl-Hilal" Ter Ştegen üçün "Barselona"ya rəsmi təklif göndərib.
33 yaşlı futbolçunun hazırkı dəyəri "Transfernarkt" portalına görə, 15 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Ter Ştegen zədə səbəbindən ötən mövsüm cəmi 9 matçda iştirak edə bilib. Təcrübəli qapıçı bu oyunlarda qapısından 11 top buraxıb.
Onun "Barselona" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.