Əlcəzairli futbolçu Fransadan niyə ayrıldı?

Fransanın "Brest" klubu əlcəzairli futbolçusu Yousef Belaili ilə yolları ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun idman direktoru Qreqori Lorenzi açıqlama verib. O, 30 yaşlı yarımmüdafiəçinin Fransaya uyğunlaşa bilmədiyi üçün müqaviləni ləğv etdiklərini bildirib:

"Yousef ailəsindən uzaqda olduğu üçün özünü yaxşı hiss etmirdi. Ona görə də bu yola davam etməyi çətin idi. Komandanın yaxşılığı üçün iş birliyimizə son verməyi seçdik. Son günlərdə onun haqqında danışılan şeylər bizi maraqlandırmayan və özəl məsələlərdir. Bu gün ən vacibi klubun vəziyyətidir".

Qeyd edək ki, Belaili bu ilin yanvarından "Brest"ə transfer olunmuşdu.  Onun müqaviləsi 2023-cü ilin iyunun 30-da başa çatırdı.