Əliyar Ağayev təyinat aldı

FİFA referimiz Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının seçmə mərhələsi oyununa təyinat alıb. Sportline.az xəbər verir ki, o, 7-ci qrupun noyabrın 10-da keçiriləcək Avstriya – Serbiya görüşünün baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.