Əliyar Ağayevin idarə etdiyi oyun

UEFA Millətlər Liqasının 6-cı turu çərçivəsində "B" Liqasında keçirilən Danimarka - İrlandiya matçını azərbaycanlı hakim Əliyar Ağayev idarə edib. SportLine.az xəbər verir ki, görüşdə hesab açılayıb.

Ə.Ağayev 90 dəqiqə ərzində bir dəfə əlini cibinə atıb. Ədalət təmsilçisi İrlandiya millisindən Sirius Kritiyə sarı vərəqə göstərib.

Qeyd edək ki, Danimarka millisi bu görüşdən əvvəl "pley-off" vəsiqəsini təmin etmişdi.