Eltac Səfərli İtaliyada birincilik iddiasında

Azərbaycan şahmatçısı Eltac Səfərli İtaliyada keçirilən beynəlxalq turnirdə çıxışını davam etdirir.

Sportline.az xəbər verir ki, 30 yaşlı qrossmeyster VIII turda gürcüstanlı Levan Pantsulaya ilə üz-üzə gəlib. Qarşılaşma "sülh"lə yekunlaşıb.

Bu nəticədən sonra xalını 5-ə çatdıran Eltac Pantsulaya ilə birinci-ikinci yerləri bölüşdürür. 

Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə bu gün yekun vurulacaq.