Eltac Səfərli İtaliyada liderlər qrupunda
Azərbaycan şahmatçısı Eltac Səfərli İtaliyada keçirilən "Grandiscacchi Challenge" turnirində çıxış edir.
Sportline.az xəbər verir ki, yarışda beş tur geridə qalıb. 30 yaşlı qrossmeysterimiz 3,5 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Lider yarım xal çox toplayan Andrey Yesipenkodur (FİDE).
Turnirdə ümumilikdə 11 ölkədən 20 iştirakçı mübarizə aparır.