Elxan Məmmədov püşkü dəyərləndirdi
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib.
Sportline.az xəbər verir ki, qurum rəsmisi rəqiblər barədə danışıb:
“Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir. Bizi maraqlı bir yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür”.
Azərbaycan millisi C Liqasının I qrupunda Monteneqro, Kipr və Lüksemburqla mübarizə aparacaq.