Emin Mahmudov: "Meydanda vuruşmağa çalışacağıq"

"Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə və meydanda vuruşaraq yaxşı nəticə əldə etməyə çalışacağıq".

Sportlinre.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Slovakiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi rəqibə sürpriz hazırladıqlarını bildirib. Mahmudov komandada yaxşı əhval-ruhiyyənin olduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.