Emrah Çelikel çempionlarla görüşdü

AFFA-nın təşkil etdiyi U-9 liqasının qalibi olan "Qarabağ" U-9-un üzvləri klubun bazasını ziyarət ediblər.

Qol.az xəbər verir ki, Ağdam təmsilçisinin akademiyasının məşqçiləri və rəsmilərinin iştirak etdiyi turda futbolçular "Azersun Arena"nı gəzib, bazada yaradılmış şəraitlə tanışıb olublar.

Klubun direktoru Emrah Çelikel U-9 liqasının qalibi olan futbolçularla görüşüb, onlara həyatda və futbol karyeralarında uğurlar qazanmalarını arzulayıb.