Əmrah Çəlikəl sponsorluq məsələsinə aydınlıq gətirdi

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Türkiyənin “Damat” şirkətinin prezidentinin kluba sponsorluq etməsi barədə yayılan xəbərlərə münasibət bildirib. SportLine.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin rəsmisi məlumatı təkzib edib:

“Bizim “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur. Doğrudur, ötən illərdə “Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin, şirkətin prezidenti olanları səhv xatırlayıb. “Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdır. Amma hal-hazırda, artıq qeyd etdiyim kimi, “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur”.