Dünyanın ən yaxşı gənc futbolçusu

"Barselona"nın forvardı Ansu Fati dünyanın ən yaxşı gənc futbolçusu seçilib.

Sportline.az goal.com-a istinadən xəbər verir ki, ispaniyalı hücumçu 44 ölkədə çalışan jurnalistlər tərəfindən hazırlanan siyahıda birinci olub.

Qeyd edək ki, dünyanın ən yaxşı gənc oyunçuları siyahısında ikinci yerdə Eduardo Kamavinqa ("Renn"), üçüncü yerdə  Covanni Reyna ("Borussiya" Dortmund) qərarlaşıb.