Ən yaxşı qapıçı odur
İspaniya millisinin qapıçısı Unai Simon 2026-cı il dünya çempionatının ən yaxşı qapıçısı seçilib.
Sportline.az xəbər verir ki, İspaniya yığması finalda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Turnir ərzində 8 oyunda meydana çıxan Unai Simon cəmi 1 qol buraxıb. Final görüşündə yeganə qolu əlavə vaxtın 106-cı dəqiqəsində Ferran Torres vurub. Argentina millisi isə 90+3-cü dəqiqədə Enso Fernandes qırmızı vərəqə aldığı üçün matçı azlıqda başa vurub.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilib.