Endrik "Real"da qalacaq

"Real Madrid"in brazilyalı futbolçusu Endrik karyerası ilə bağlı qərar verib.

Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı hücumçu klubdan ayrılmaq istəmir.

Endrik yeni mövsümdə əsas heyətdə oynamaq uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, "Nyukasl Yunayted" sözü gedən futbolçunu icarəyə götürməyi planlaşdırır.

Futbolçunun meneceri İngiltərə klubunun təklifini qəbul etməyib.

Xatırladaq ki, Endrikin "Real Madrid"lə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayında başa çatacaq.