"Enso "Çelsi"nin gələcəyidir"
"Çelsi"nin baş məşqçisi Frenk Lempard yarımmüdafiəçi Enso Fernandeslə bağlı fikirlərini bölüşüb.
Sportline.az "Goal"a istinadən xəbər verir ki, ingilis mütəxəssis argentinalı yarımmüdafiəçinin klubun gələcəyi olduğunu söyləyib:
"Ensonun fantastik istedadı var. Bu mövsüm əldə etdikləri inanılmazdır. Qışda komandasını dəyişib və yeni mühitə öyrəşmək asan deyil. Enso "Çelsi"nin gələcəyidir. İnanıram ki, tezliklə bütün problemlərin öhdəsindən gələcək".
Fernandes yanvarda 120 milyon avro qarşılığında "Benfika"dan "Çelsi"yə keçib. O, Premyer Liqada 11 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.