Enzo "Çelsi"dən ayrılacaq?

"Atletiko Madrid" "Çelsi"nin argentinalı futbolçusu Enzo Fernandez üçün rəsmi təklif göndərib.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Eduardo Burqos öz şəxsi "X" hesabında paylaşım edib.

Lakin Enzo Fernandez bu təklifi qəbul etməyib. Oyunçu "Çelsi"də qalmaq niyyətindədir.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yanvar ayında "Benfika"dan "Çelsi"yə 121 milyon avro qarşılığında transfer olmuşdu.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 35 matçda 5 qol və 9 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Enzonun "Çelsi" ilə müqaviləsi 2032-ci ilin iyun ayına qədər nəzərdə tutulub.