Enzo Mareska bu mövsüm ki hədəflərindən danışıb
“Çelsi”nin italiyalı çalışdırıcısı Enzo Mareska bu mövsüm üçün qarşısına qoyduğu hədəflər haqqında danışıb.
Sportline.az xəbər verir ki, 44 yaşlı mütəxəsis “Sky Sports” kanalına müsahibəsində bu fikirləri qeyd edib;
“Klubun heç vaxt hədəfi ilk 4-lük olmayıb. Əsas hədəfimiz bacardığımız qədər çempionluq yarışının içində olmaqdır. Çünki buna sahib heyətimiz var. İstedadlı və təcrübəli futbolçulardan qurulu komandamız var. Onların istedadına bələdəm. Konferans Liqasını qazanmaq istəyir. İlk hədəfimiz budur. Daha sonra İngiltərədə daxili yarışlarda titul əldə etmək istəyirik. Fedarasiya kuboku bizim üçün önəmli titul sayılır. Premyer Liqadada may ayına qədər çempionluq yarışında olmaq istəyirik. Bunu bacaracağımıza inanıram. Əlimizdən gələnin ən yaxşısı etməyə çalışırıq. Önəmli olan qarşına məqsəd qoymaqdır. Bizdə bunu edirik. Hər zaman optimist düşünürəm. “Çelsi” böyük klubdur. Onların güclü azarkeş ordusu var. Bunların hamsı bizdən titular qazanmağımızı gözləyir. Onların etimadını doğrultmağa çalışırıq”, - deyə E.Mareska bildirib.
Qeyd edək ki, “Çelsi” turnir cədvəlində 17 xalla 5-ci pillədə yer alır.