Enzo Mareska: “Premyer liqanın ən yaxşı heyətlərindən birinə sahibəm”
“Çelsi”nin italiyalı çalışdırıcısı Enzo Mareska mətbuat konfransı zamanı “Mançester Yunayted” matçı haqqında danışıb.
Sportline.az xəbər verir ki, 44 yaşlı mütəxəsis nikbin fikirlər səsləndirib.
“Premyer liqanın ən yaxşı heyətlərindən birinə sahibəm. Bunu “Çelsi”yə gəldiyim gündən bu yana söyləyirəm. Bizim üçün ağır matç oldu. Rəqib penaltidən hesabı açdı. Lakin bu qola tez cavab verdik. Qələbədə qazana bilərdik lakin şans yanımızda deyildi”, - deyə E.Mareska bildirib.
Qeyd edək ki, “Mançester Yunayted” – “Çelsi” matçı bərabərliklə yekunlaşıb. 1:1