Ərdoğan İnfantinonun hədiyyə etdiyi topa kəllə vurdu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorka səfəri çərçivəsində FİFA Prezidenti Canni İnfantino ilə görüşüb.
Sportline.az xəbər verir ki, söhbət zamanı qarşıdan gələn dünya çempinatı müzakirə edilib.
Görüşdə İnfantino Ərdoğana DÇ-2022-nin xüsusi topunu hədiyyə edib. Türkiyə Prezidentinin hədiyyəni qəbul etdikdən sonra topa başla zərbə vurması maraq doğurub.