Ərdoğan Tükiyə millisinin oyunçularını təbrik edib

Türkiyə Cumhuriyyətinin Prezidenti Recep Tayyip Ərdoğan Çexiya üzərində qazalılan qələbədən sonra millinin futbolçularını təbrik edib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Dövlət başçısı komandanın düşərgəsinə zəng edərək minnətdarlığını bildirdi. Bu, qrup mərhələsinin son oyununda Çexiya üzərində qələbədən (2:1) dərhal sonra baş verib.

 

Ərdoğan Gənclər və İdman Naziri Osman Aşkın Bak, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükeksi, millinin baş məşqçisi Vinçenzo Montella, eləcə də futbolçular Hakan Çalhanoğlu, Cenk Tosun və Barış Yılmazla danışıb. Bu barədə Türkiyə Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Türkiyə milli komandası Avro Çempionatının 1/8 final mərhələsində Avstriya seçməsi ilə üz üzə gələcək.