Ərəb qadınlar tarix yazdılar
Səudiyyə Ərəbistanının qadın futbol millisi ilk beynəlxalq ev oyununu keçirib.
Sportline.az "Reuters"ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Monika Staabın rəhbərlik etdiyi komanda Butan millisi ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb.
Sentyabrın 28-də bu komandalar arasında 2-ci görüş keçiriləcək.
Qeyd edək ki, bu oyuna qədər Səudiyyə Ərəbistanın qadınlardan ibarət millisi cəmi iki matç keçirmişdi. Komanda fevralda Seyşel və Maldiv adaları ilə oynamışdı və hər iki oyunda 2:0 hesablı qələbə qazanmışdı.