Erik Ten Haq: “Tutduğumuz mövqeydən razı deyilik”

“Mançester Yunayted”in niderlandlı baş məşqçisi E.Ten Haq mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az xəbər verir ki, 54 yaşlı mütəxəsis “Mançester Yunayted”in daha böyük hədəflər uğrunda mübarizə aparacağını bildirib.

“Tutduğumuz mövqeydən razı deyilik. Daha çox qol vurub qələbələr qazanmalıyıq. Bu klubun tarixi böyükdür. Hər zaman hədəfimiz böyük turnirlərdə qalib olmaqdır. Klub daxilində sakitçilikdir. Plana sadiq qalacayıq. Uğurlu olacağımıza əminəm. Hücum fazasında daha hərəkətli olmalıyıq”, - deyə E.Ten Haq söyləyib.

Qeyd edək ki, “Mançester Yunayted” turnir cədvəlində 11 xalla 11-ci pillədə yer alır.