"Ərkivan" çempion oldu
Həvəskar komandalar arasında 23-cu ölkə birinciliyinə yekun vurulub.
Sportline.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən final oyunda Masallının “Ərkivan” və Bakının “Mübariz” komandaları qarşılaşıb.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 2 qol vuran “Ərkivan” komandası yekunda 3:1 hesablı qələbə qazanaraq birinciliyin qalibi olub.
Matçdan sonra mükafatlandırma mərasimi təşkil edilib. "Ərkivan"a qızıl, "Mübariz"ə gümüş, üçüncü yerin sahibi “Lokomotiv”ə bürünc medal təqdim olunub. Mükafatlandırma mərasimində Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov, vitse-prezident Rahib Əliyev, İcraiyyə Komitəsinin üzvü Nadir Əliyev və baş katib Füzuli Nəcəfov iştirak ediblər.