Ermənini udan şahmatçımız növbəti görüşünə çıxır
İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı davam edir.
Sportline.az xəbər verir ki, bu gün yarışda altıncı turun qarşılaşmaları keçiriləcək.
Azərbaycan şahmatçılarından Rauf Məmmədov fransalı Maksim Laqard ilə münasibətləri aydınlaşdıracaq. Nicat Məmmədov David Navara (Çexiya), Nicat Abbasov Viktor Erdos, Riad Səmədov Adam Kozak (hər ikisi Macarıstan), Aydın Süleymanlı Stefan Frebinq (Almaniya) ilə üz-üzə gələcək.
Beş turdan sonra 4,5 xal toplayan üç şahmatçıdan biri olan Rauf Məmmədov ələvə göstəricilərə əsasən, "üçlüy"ü qapayır.
Nicat Məmmədov 4, Nicat Abbasov 3,5 Aydın Süleymanlı və Riad Səmədov 2,5 xal toplayıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət Avropa çempionatına sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.