Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Futbol üzrə Ermənistan millisinin baş məşqçisi Xoakin Kaparros istefaya göndərilib.

Sportline.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssislə əməkdaşlıq dayandırılıb.

Qeyd edək ki, Ermənistan yığması UEFA Millətlər Liqasında qrup mərhələsini 3 xalla sonuncu pillədə başa vuraraq C Liqasına düşüb. Komanda V turda Ukraynaya 0:5, sonuncu turda isə İrlandiyaya 2:3 hesabı ilə uduzub.