Ermənistanda ikiqat dünya çempionuna cinayət işi açıldı

Ermənistanın ağırlıqqaldırma üzrə ikiqat dünya və Avropa çempionu Simon Martirosyana qarşı cinayət işi açılıb.

Sportline.az "Aysor"a istinadən xəbər verir ki, 109 kq çəki dərəcəsində mübarizə aparan 24 yaşlı idmançı yol hərkəti qaydalarını pozmaq və ehtiyatsızlıq səbəbindən adam öldürmək maddələri ilə ittiham olunur. Onun yaşayış yerini tərk etməsinə qadağa qoyulub.

Martirosyan Yerevanda “Yercan Mall” ticarət mərkəzinin qarşısındakı küçədən keçən piyadanı idarət etdiyi avtomobillə vururaraq öldürüb.

Qeyd edək ki, 2018 və 2019-cu illərdə dünya çempionu olmuş Simon Martirosyan həmçinin Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır.