"Everton" baş məşqçi postuna italiyalı mütəxəssisi gətirmək istəyir
"Everton"un yeni sahibi Dan Fridkin klubun "sükanı arxasına" Mauritsio Sarrini gətirməyi düşünür.
Sportline.az xəbər verir ki, bu barədə “Il Corriere dello Sport” nəşri məlumat yayıb.
"Çelsi" ilə 2019-cu ildə Avropa Liqasının qalibi olan Mauritsio Sarri 2023-cü ilin martında "Latsio"dan ayrıldıqdan sonra klubsuz qalıb.O, bu yaxınlarda verdiyi müsahibədə yanvara qədər məşqçiliyə qayıtmaq istədiyini və düzgün layihə gözlədiyini deyib.
Mənbənin sözlərinə görə fitnes üzrə məşqçi Daniele Tonyaççini Sarri ilə birlikdə komandaya qoşulacaq. Onlar daha əvvəl "Yuventus"da birlikdə çalışıb. Tonyaççini İtaliyanın ən məşhur fitnes məşqçilərindən biridir.
Qeyd edək ki, Şon Dayçın çalışdırdığı "Everton" Premyer Liqada 5 turdan sonra 19-cu pillədə qərarlaşıb.