“Everton” Kalvert Luyinlə yola davam edəcək

“Everton” klubunun rəhbərliyi ingiltərəli futbolçu Dominik Kalvert Luyini satmayacaq.

Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, “Everton” klubu D.Kalvert Luyinə 2 illik yeni müqavilə təklif edib. Oyunçu hələ ki bu təklifə cavab verməyib.

Kalvert Luyinin hazır ki müqaviləsi 2025-ci ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 2 qol və 1 asistlə yadda qalıb.