Əvvəlcə Qurbanov, ardınca Di Françesko

Çempionlar Liqasının qrup mərhələsinin ikinci oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Roma” (İtaliya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb. Sportline.az klubun saytına istinadən xəbər verir ki, sentyabrın 26-da "Azərsun Arena"nın mətbuat zalında "Qarabağ"ın baş məşqçisi  Qurban Qurbanov saat 17:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən bazada olacaq.  Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Roma”nın baş məşqçisi Di Françesko isə saat 18:30-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İtaliya təmsilçisinin son məşqi isə saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.