Eyni rəqiblə ikinci oyun

Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün gürcüstanlı həmyaşıdları ilə növbəti yoldaşlıq oyunu keçirəcək.

Sportline.az xəbər verir ki, matç yerli vaxtla 18:00-da başlayacaq.

Xatırladaq ki, bu komandalar arasında iyunun 5-də keçirilən ilk qarşılaşma 2:1 hesabı ilə Gürcüstan millisinin xeyrinə nəticələnmişdi.