Əzəli rəqiblər Lozano üçün qarşı-qarşıya
“Qalatasaray” və “Fənərbağça” meksikalı futbolçu üçün mübarizə aparır.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “Sarı qırmızılar” “Napoli”yə Lozano üçün 2,5 milyon avronun üzərində bir məbləğ təklif edə biləcəklərini deyiblər.
“Sarı lacivərtlər” isə sağ cinah hücumçusu üçün 5 milyon avro təklif ediblər.
“Napoli” futbolçunun hazırki dəyərinin 25 milyon avro olduğunu bildirib.
Qeyd edək ki, Lozano son mövsümdə “Napoli” forması ilə meydana çıxdığı oyunlarda 4 qol 4 asistlə yadda qalıb.