Facioli üçün 4 klubdan təklif var

“Yuventus”un italiyalı futbolçusu Nikolo Faciolinin mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Sportline.az “TBR Football” nəşrinə istinadən xəbər verir ki, “Aston Villa”, “Fulhem”, “Mançester Siti” və “Tottenhem” klubları Faciolinin xidmətində maraqlıdır.

“Mançester Siti” klubu Facioli üçün “Yuventus”a 30 milyon avro ödəməy hazırdır.

Qeyd edək ki, 23 yaşlı futbolçunun “Yuventus”la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.