Facioli “Yuventus”dan ayrılacaq

“Yuventus”un italiyalı futbolçusu Nikolo Faciolinin yanvar ayında klubdan ayrılacağı gözlənilir.

Sportline.az “TBR Football” nəşrinə istinadən xəbər verir ki, “Tottenhem” və “Aston Villa” 23 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Faciolinin hazır ki dəyəri “Transfermarkt” portalına görə 20 milyon avrodur.

Qeyd edək ki, Faciolinin “Yuventus”la müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.