Fatih Terim "Panatinaikos"dan ayrıldı
Fatih Terim Yunanıstan klubunun baş məşqçi postundan ayrıldığını açıqlayıb.
Sportline.az Ntvsspor.net-ə istinadla xəbər verir ki, təcrübəli çalışdırıcı dünən axşam "Panatinaikos"un prezidenti Alafouzosla görüş keçirib. Gələcək üçün fikirlərinin uyğun gəlmədiyini bildirən Terim ayrılıq qərarını aldığını bildirib.
70 yaşlı çalışdırıcı sosial media hesabından etdiyi paylaşımda klubla vidalaşıb.
2023-cü ilin dekabr ayında "Panatinaikos"un başına keçən Fatih Terim "yaşıllar"la çıxdığı 26 oyunda 14 qələbə, 6 heç heçə, 6 məğlubiyyət yaşayıb.
Qeyd edək ki, "Panatinaikos" Yunanıstan Super Liqasında 71 xalla 4-cü pillədə qərarlaşır. Paytaxt təmsilçisinin çempionluq şansları qalmayıb.