Fatih Terim Türkiyə millisindən getdi
Fatih Terim istefa verib. SportLine.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının rəsmi saytı mütəxəssisin milli komanda ilə yollarını ayırdığını bildirib.
Bu gün rəsmilərlə görüşən F.Terim istefa barədə qərar qəbul edib.
Qeyd edək ki, F.Terim 2013-cü ildən "ay-ulduzlular"ı çalışdırırdı. O, 1993-1996 və 2005-2009-cu illərdə də Türkiyə millisinin baş məşqçisi olub. Son zamanlar 64 yaşlı mütəxəssisin adı "Qalatasaray"la hallanır.