Fatih Terimin sabiq komandası finalda qalib gəlib

"Panatinaikos" Yunanıstan kubokunun finalında "Aris"lə üz üzə gəlib.

Sportline.az xəbər verir ki, "Panatinaikos" 90+7-ci dəqiqədə Vaqiannidisin vurduğu qolla "Aris"i 1-0 hesabı ilə məğlub edərək kubokun sahibi olub.

Bu, "yaşıllar"ın tarixindəki qazanılan 20-ci Yunanıstan kuboku olub.

Qeyd edək ki, "Panatinakos"u bu görüşə baş məşqçi kimi Fatih Terimi əvəz edən Xristos Kontis çıxarmışdı.