Fatih Terimlə bağlı qərar verildi

“Qalatasaray” klubunda baş məşqçi Fatih Terimlə bağlı qərar verilib.

Sportline.az xəbər verir ki, klub rəhbərliyi təcrübəli mütəxəssislə yeni müqavilə imzalayıb.

Yeni anlaşmaya görə, Terim daha 3 il “Qalatasaray”ın baş məşqçisi olacaq.

2024-cü ilə qədər davam edəcək yeni müqavilənin maliyə şərtləri açıqlanmır.