Fədakarlığı ilə AVRO 2020-yə damğa vurdu
Danimarka millisinin üzvü Kristian Eriksen ötən gün Avro-2020-nin oyunu zamanı huşunu itirərkən komandanın kapitanı Simon Kyaer nümunəvi addımları ilə diqqət çəkib.
Sportline.az xəbər verir ki, Kyaer dərhal Eriksenin yanına qaçaraq ona ilk tibbi yardımı göstərib və dilinin qatlamasına imkan verməyib.
Kapitan həkimlər meydana çıxana qədər Erikseni düzgün vəziyyətdə uzadıb. O, futbolçulardan canlı divar quraraq həkim müdaxiləsi zamanı baş verənlərin kameralara düşməsinə imkan verməyib.
Daha sonra isə Kyaer Eriksenin xanımının yanına gedərək ona təsəlli verib.
Qeyd edək ki, Eriksenin durumun getdikcə yaxşılaşdığı açıqlanıb.