"Fənərbağça" Voynoviçlə güclənir

“Fənərbağça” “Beşiktaş”ın heyətə qatmaq istədiyi futolbçu ilə razılıq əldə edib.

Sportline.az Fanatik.com.tr-yə istinadala xəbər verir ki, “qara qartallar”ın braziliyalı müdafiəçi Lyanko Voynoviçi transfer ertmək istəyi uğursuz alınıb.

Buna səbəb isə “Fənərbağça” klubunun “Sauthempton”a təklif göndərməsi olub.

“Sarı lacivərtlər”in 4 milyon avroluq təklifinin İngiltərə klubu tərəfindən qəbul edildiyi bildirilir.

 Qeyd edək ki, Lyanko son mövsümdə “Sauthempton” forması ilə çıxdığı 26 qarşılaşmada 1 qol və 2 asistlə yadda qalıb.