"Fənərbağça" Avropa Liqasını qazandı

"Turkish Airlines EuroLeague Final Four" basketbol yarışında Türkiyə təmsilçisi “Fənərbağça” komandası Fransa klubu “Monako” ilə üz-üzə gəlib.

Sportline.az xəbər verir ki, Abu Dabidə yerləşən "Etihad Arena"da keçirilən qarşılaşmada ilk dövrə 20-18 hesabı ilə “Monako”nun üstünlüyü ilə başa çatdı.

İkinci dövrədə “Fənərbağça” effektiv oyunla  üstünlük qazandı və fasiləyə 35-33 hesabı ilə öndə yollandı.

Üçüncü dövrə yüksək tempdə keçdi. Son 10 saniyədə Nigel Hayes-Davis-in atdığı üçlük sayəsində “Fənərbağça" 54-51 hesabı ilə üstün oldu.

Son dövrədə “Fənərbağça”  81-70 hesabı ilə qalib gəldi.

“Fənərbağça"nın 2-ci Avroliqa çempionluğu

İstanbulda 2017-ci ildə keçirilən Final Four turnirində ilk dəfə EuroLeague kubokunu qazanan “Fənərbağça Beko” 8 ildən sonra ikinci Avropa qələbəsini əldə etdi. Komanda, 2016 və 2018-ci illərdə də finala yüksəlmişdi.