"Fənərbağça" axtardığı futbolçunu Portuqaliyada tapdı

"Fənərbağça" axtardığı futbolçunu Portuqaliyada tapıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Türkiyə nəhənglərindən olan "Fənərbağça" Portuqaliyanın "Morinensi" klubunun 23 yaşlı yarımmüdafiəçisi Gonçalo Franko ilə maraqlanır.

Portuqaliya mediasında "Benfika" və "Braqa" klublarının da gənc yarımmüdafiəçi ilə maraqlandığı bildirilib.

Qeyd edək ki, Franko bu mövsüm "Morinensi" klubu ilə çıxdığı 29 oyunda 4 asistlə yadda qalıb.