"Fənərbağça" bu oyunçu üçün Yuventusa rəsmi təklif göndərəcək

Transfer çalışmalarını davam etdirən "Fənərbağça" uzun müddətdir transfer siyahısında olan Veston Mekkeni üçün hərəkətə keçib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Türkiyə klubu 25 yaşlı futbolçu üçün "Yuventus"a rəsmi təklif göndərəcək.

"Sarı-lacivərtlilər" bu transferdə "Tottenhem" klubu ilə yarışır. İngilislər ABŞ-li futbolçu üçün 18 milyon avronu gözdən çıxarıb.

Qeyd edək ki, Mekkeni ötən mövsüm Turin klubunun heyətində 38 oyunda 10 asistlə çıxış edib.