“Fənərbağça” Cengiz Ündəri istəyir
“Fənərbağça” heyəti gücləndirmək niyyətindədir.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, istanbullular “Marsel”in futbolçusu Cengiz Ündər üçün 4 milyon avro təklif ediblər.
Fransa klubu isə təklifdən mənun qalmadığından razılıq verməyib.
Qeyd edək ki, futbolçunun hazırki dəyəri 20 milyon avrodur.
Cengiz Ünder “Marsel” forması ilə çıxdığı 69 oyunda 15 qol və 7 asist ilə yadda qalıb.