"Fənərbağça" Mourinyonun rəhbərliyində ilk oyununa çıxıb

"Fənərbağça" klubu mövsüm öncəsi ilk yoldaşlıq oyununu keçirib.

Sportline.az xəbər verir ki, "Sarı-lacivərtlilər" Rumıniya təmsilçisi "Petrolul" ilə qarşılaşıb.

Görüş Türkiyə təmsilçisinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: Ceko 41, Zayç 57 // Bratu 35.

Qeyd edək ki, "Fənərbağça"nın növbəti yoldaşlıq görüşü iyulun 6-da Avstriya komandası Admiraya qarşı olacaq.