"Fənərbağça" onun transferini bitirmək üzrədir
"Fənərbağça" qapı xəttini gücləndirməkdə israrlıdır.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi Zaqreb "Dinamo"sunun qolkiperi Dominik Livakoviçin transferini yekunlaşdırmaq üzrədir.
"Fənərbağça" 10 milyon avro istənilən qapıçı üçün 9 milyon avro təklif edib. Bu, futbolçu ilə maraqlananlar klubların təklifləri arasında ən yüksəyidir.