“Fənərbağça” “Trabzonspor”u minimal hesabla məğlub etdi
Türkiyə Süper Liqasında 5-ci turun mərkəzi matçı "Çobani" stadionunda keçirilib.
Sportline.az xəbər verir ki, "Fənərbağça" doğma meydanda əzəli rəqibi "Trabzonspor"la qarşılaşıb.
Görüş "sarı lacivərtlilər"in minimal hesablı qələbəsi ilə yekunlaşıb.
"Fənərbağça" 1-0 "Trabzonspor"
Qol: Yusuf En-Nesri, 45
Qeyd edək ki, "Fənərbağça" 1 oyun az keçirməklə 10 xalla 2-ci pillədə yer alıb.