"Fənərbağça" ulduz futbolçu üçün "Liverpul"la danışıqlara başlayıb

"Liverpul"un və Uruqvay millisinin üzvü Darvin Nunyez "Fənərbağça"ya keçə bilər.

Sportline.az Footmercato-ya istinadla xəbər verir ki, Türkiyə klubunun yeni baş məşqçisi Joze Mourinyo klubda əksər mövqeləri gücləndirməkdə maraqlı olsa da, yüksək səviyyəli forvard almaq istəyi önə çıxır.

Bildirilir ki, "Fənərbağça" artıq bu transfer üçün "Liverpul"la danışıqlara başlayıb.

25 yaşlı hücumçü ötən mövsüm Mersisayd klubunun heyətində 54 oyunda 18 qol vurub, 13 asist edib.

Qeyd edək ki, İngiltərə klubu ilə müqaviləsi 2028-ci ildə başa çatacaq futbolçunun transfer dəyəri 70 milyon avrodur.