"Fənərbağça" ulduz futbolçunun transferində maraqlıdır
"Fənərbağça" ulduz futbolçunun transferində maraqlıdır.
Sportline.az Fotomaç.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlər" belçikalı hücumçu Romelu Lukakunu transfer etmək istəyirlər.
"Çelsi" klubunun geri qaytarmaq istəmədiyi və "Roma"nın mövsüm sonunda yolları ayıracağı hücumçu karyerasını Türkiyə Super Liqasında davam etdirməyə çox yaxındır.
Qeyd edək ki, Romelu Lukaku bu mövsüm "Roma" forması ilə çıxdığı 39 oyunda 18 qol, 4 asistlə yadda qalıb.