"Fənərbağça" yeni qapıçı axtarışına çıxıb
"Fənərbaöça" klubu yeni futbolçu ilə heyətini gücləndirməyə hazırlaşır.
Sportline.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, Fransa nəhəngi PSJ-nin 24 yaşlı qapıçısı Lukas Şevalyenin İstanbul klubuna keçməyə razılıq verdiyi iddia olunur.
"Fənərbaöça"nın fransız ulduzu Kantenin tərəflər arasında vasitəçi olduğunu yazıb. Transferin iyun ayının sonuna kimi reallaşması gözlənilir.
Qeyd edək ki, PSJ-də uğurlu mövsüm keçirən Lukas Şevalyenin bazar dəyəri 50 milyon avrodur.