"Fənərbağça"dan 25 milyon avroluq transfer

"Fənərbağça" bu yay heyətinə yeni forvard transfer etməyi planlaşdırır.

Sportline.az "A Spor"a istinadən xəbər verir ki, "Atletiko Madrid"in norveçli futbolçusu Aleksander Sörlöt "Fənərbağça"nın 1 nömrəli hədəfinə çevrilib.

29 yaşlı futbolçu üçün İstanbul klubu 25 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Sğrlöt bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 53 matçda 24 qol 2 məhsuldar ötürmə müəllifi olub.